Salyanda ağır yol qəzası olub, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobillərindən biri qarşıdakı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakinləri - 1969-cu il təvəllüdlü Rəhimova Gülnarə İdris qızı, 1996-cı il təvəllüdlü Rəhimova Leyla Natiq qızı və 1969-cu il təvəllüdlü Məhərrəmova Sədaqət Aydın qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar əvvəlcə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“Meyitin sifətinə baxıb əsəbləşdim, qulaqlarını, burnunu kəsib, gözlərini çıxartdım...” - MƏHKƏMƏ
Azərbaycanda baş verən və cəmiyyəti silkələyən, dəhşətli cinayət hadisəsinin – 75 yaşlı qayınatanın gəlinini öldürməsinin təfərrüatı məlum olub. BAKU.WS "oxu.az...