Salyanda baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub
Salyanda baş verən qəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, ölənlər rayonun Şorsulu kənd sakinləri, Əhmədov Elnur Faiq oğlu, 1987-ci il təvəllüdlü Qasımov İlkin Qismət oğlu və 1963-cü il təvəllüdlü Qasımov Nizami Həsənağa oğludur.
Yaralılar 2003-cü il təvəllüdlü Hümbətov Əlifağa Elsevər oğlu, 2001-ci il təvəllüdlü Məmmədova Rəhmiyyə Rəhman qızı və 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğludur.
***19:32
Salyanda ağır yol qəzası olub, iki nəfər ölüb, dörd nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Prado" markalı avtomobil "VAZ-2106" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Doğuşdan sonra 20 gündür komada olan Şəhla vəfat etdi
"Baku Medical Plaza"da qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirdikdən sonra komaya düşən 28 yaşlı Şəhla Muxtar qızı Quliyeva vəfat edib. BAKU.WS qafqazinfo-ya is...