Salyanda 51 yaşlı kişi qətlə yetirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün axşam saatlarında Salyan şəhəri T.Xəlilbəyli keçəsində Salyan rayon sakini 1973-ci il təvəllüdlü Əziz Salayevin meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, oktyabrın 19-da saat 21 radələrində Salyan rayon sakini Əziz Salayevin baş nahiyəsindən aldığı xəsarətlər nəticəsində ölməsi barədə polis şöbəsinə məlumat daxil olub. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törədən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Elşən Səmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...