Salyan sakini tanışı tərəfindən bıçaqla öldürüldü

Salyan sakini tanışı tərəfindən bıçaqla öldürüldü
Hadisə 130

Salyan rayonunda qətl hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər