Salyan sakini nəsli kəsilməkdə olan balıq ovladı
Neftçalada nəsli kəsilməkdə olan balıq ovlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları fevralın 8-də Mil-Muğan kollektorunun Neftçala rayonu ərazisindən keçən hissəsində əməliyyat keçirib.
Keçirilən əməliyyat tədbiri nəticəsində polis əməkdaşları tərəfindən kollektorda qanunsuz balıq ovu ilə məşğul olan Salyan rayon sakini Əliyev Elşən Bayram oğlu saxlanılıb.
Reyd zamanı saxlanılan şəxsin nəsli kəsilməkdə olan 95 ədəd ilanbalığı (Minoqa) ovladığı polis əməkdaşları tərəfindən aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirib - Saxlanılanlar var - VİDEO
Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qar...