Sabunçuda təhlükəli manevr zəncirvari qəzaya səbəb oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sabunçu rayonu ərazisində, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hərəkətin intensiv olduğu yolda sürücülərdən birinin sürəti azaltması, təhlükəli manevr etməsi və digər avtomobillərin lazımi ara məsafəsini saxlamaması qəza ilə nəticələnib.
Hadisə ilə bağlı sürücülərə müraciət edən aidiyyəti qurum bildirib ki, dönmə işığının yandırılması yalnız xəbərdarlıq xarakteri daşıyır və hərəkətdə üstünlük hüququ vermir. Bu qaydanın düzgün qiymətləndirilməməsi yollarda təhlükəli vəziyyətlərin və qəzaların yaranmasına səbəb olur.
Qeyd olunub ki, "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və ya dayanmazdan əvvəl müvafiq siqnallar verməlidir.
Eyni zamanda qanunvericiliyə görə, edilən manevr təhlükəsiz olmalı, digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır. Dönmə işığının yandırılması sürücüyə üstünlük vermir və onu təhlükəsizlik qaydalarına əməl etmək öhdəliyindən azad etmir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...