Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir
29
iyl
2026
11:01
Sabunçu rayonunda boşanmaq istəyən gəlin bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qanbay Vəzirov küçəsində baş verib.
1997-ci il təvəllüdlü D.Əsgərova qayınanası və qayınatası ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı çox sayda bıçaq xəsarəti alıb. O, ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaralının yaxınlarının verdikləri məlumatlara görə, qadın həyat yoldaşından boşanmaq istəyib. Bu istəyini bilən qayınanası əvvəlcə onu döyüb, qayınatası isə bıçaqlayıb.
Oxşar xəbərlər
Vüsal Hüseynov: "Bu il 850 əcnəbi ölkədən çıxarılıb"
Bu ilin 6 ayı ərzində qanunvericiliyin pozulması ilə bağlı 9757 qərar qəbul edilib. BAKU.WS xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal H...