Sabunçu Tibb Mərkəzinin həyətində ölü döl tapılıb

Sabunçu Tibb Mərkəzinin həyətində ölü döl tapılıb
Hadisə 249

Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.

BAKU.WS xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Sabunçu Tibb Mərkəzi məlumat verib.

Bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.

Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Gülcahan Məmmədova

***10.20

Bakıda 6 aylıq ölü döl tapılıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Dekabrın 4-də Sabunçu Tibb Mərkəzinin həyətində 6 aylıq ölü döl tapılıb.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...

69 Hadisə 19:19 19 sentyabr 2026

Son xəbərlər