Sabunçu sakinlərinin şikayəti: Baxımsız kanal və sahibsiz küçə itləri
Sabunçu rayonunun Maştağa qəsəbəsində, Ramana Gülçülük sovxozu kimi tanınan ərazidə kanalın baxımsız vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə kanalın uzun müddətdir təmizlənmədiyi, məişət tullantıları və müxtəlif çirkablarla çirkləndirildiyi bildirilib.
Ərazidə su kanalına zibil atılmasının və çirkab sularının axıdılmasının qadağan olunduğunu göstərən məlumat lövhəsi də yerləşdirilib. Buna baxmayaraq, bəzi fərdi yaşayış evlərindən çəkilən borular vasitəsilə çirkab sularının birbaşa kanala axıdıldığı müşahidə olunur. Sakinləri narahat edən digər məsələ isə sahibsiz itlərdir.
Onların sözlərinə görə, ərazidə çoxsaylı sahibsiz itlərin olması insanlar, xüsusilə də uşaqlar üçün ciddi təhlükə yaradır.
Oxşar xəbərlər
Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vurulub
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara təqribən 72 min manat məbləğində ziyan vurulub. Bu b...