Şabranda Türkiyə vətəndaşına məxsus TIR yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi "VOLVO" markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.
Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.
Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...