Şabran çayında 2 nəfərin meyiti tapılıb, araşdırma aparılır
Yeniliklərdən dərhal xəbərdar olun
Şabran çayında meyiti tapılan şəxslərin kimliyi məlum olub.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, onlar 59 yaşlı Şirvan şəhər sakini Məmmədov Nurməmməd Qəhrəman oğlu və 63 yaşlı Salyan rayon sakini Nağıyev Etibar Hafiz oğludur.
İlkin məlumata görə, onlar işə gedən zaman selə düşüblər.
Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.
***10:23
Aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...