Sabirabadda qaz balonu partlayıb, 27 yaşlı gənc yanıq xəsarətləri alıb
27
avq
2023
09:13
Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsarətləri alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Bəybala Elşən oğlu qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra B.Əliyev Bakı şhərinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...