Sabirabadda kriminal aləmi təbliğ edən saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad sakini kriminal aləmi təbliğ edən paylaşımlarına görə saxlanılıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, rayonun Qalağayın kənd sakini olan 34 yaşlı Nadir Musayev (ad və soyad şərtidir) sosial şəbəkələrdə kriminal aləmi təbliğ edən foto və videolar paylaşıb. Buna görə polis əməkdaşları onun ünvanına gedərkən Quruzma kəndində rastlaşıblar.
Polis Nadiri şöbəyə dəvət edərkən, o, qanuni tələbə məhəl qoymayıb. Şöbəyə aparılan Nadir Musayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Sabirabad rayon Məhkəməsinin qərarı ilə Nadir Musayev 100 manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....