Sabirabadda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
BAKU.WS Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupuna istinadən xəbər verir ki, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
Çayxananın icarədarı və orada olanlardan 11 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.
Oxşar xəbərlər
Goranboyda karantin rejimini pozan çayxanalar aşkarlanıb
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhər ərazisində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb. BAKU...
