Sabirabadda iki yaşlı körpə yanıq xəsarəti alıb
21
dek
2021
09:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda bədbəxt hadisə baş verib.
BAKU.WS-in report-a istinadla məlumatına görə, hadisə Azadakənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü T.Əliyev valideynlərinin nəzarətindən yayınaraq qaynar su ilə dolu çaydanı üstünə aşırıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra azyaşlı paytaxt Bakı şəhərinə, xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacıqabulda 2 yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb
Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10...