Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var
16
avq
2024
23:25
Sabirabadda iki avtomobil toqquşub, xəsarət alan var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kovlar kəndində qeydə alınıb.
Qəza nəticəsində rayonun Kovlar kənd sakini, 1966-cı il təvəllüdlü Abbasov Bala Həmid oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalanda gəlin başqasına qoşulub qaçdı, atası görün nə etdi - Təfərrüat
Xırdalan şəhərində 1965-ci il təvəllüdlü Həmid oğlu Samiri (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS “teleqraf.com”a istinadən bildirir ki, Həmid qızı...