Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var
11
okt
2023
23:49
Sabirabadda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markaı avtomobil qəfil idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində rayonun Xəlifəli kənd sakini, 2005-ci il təvəllüdlü Nurullazadə Şıxəli Tapdıq oğlu ağır və daha bir nəfər isə yüngül xəsarət alıb.
Ş.Nurullazadəyə əvvəlcə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, sonra o, Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təcili tibbi yardım maşını hamilə qadını apararkən qəzaya düşüb - 5 nəfər yaralanıb - YENİLƏNİB
Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb. Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu...