Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabadda avtomobil maneəyə çırpılıb, iki nəfər yaralanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılıb.
Qəza zamanı Sabirabad şəhər sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Cəlal Əlipənah oğlu və Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Cəfərov Xeyrulla Seyfulla oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Onlar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Moskvadan qayıdıb arvadını öldürdü - Xəyanət şübhəsi, gizli “WhatsApp” yazışması - FOTO
2022-ci il noyabrın 11-də Bakının Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yeni yaşayış massivində 1984-cü il təvəllüdlü Sevinc Müseyibova qətlə yetirilib. Məlu...