Sabirabadda ağır yol qəzası: ölən və yaralananlar var

Sabirabadda ağır yol qəzası: ölən və yaralananlar var
Hadisə 171

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib.

"Tofaş" markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Sabirabadda baş verən qəzada yaralananların adı məlum olub:

1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu,

1991-ci il təvəllüdlü Ramazanov Rövşən Cavanşir oğlu.

Ağdam sakinləri, 1993-cü il təvəllüdlü Baxşəliyev Əli Adil oğlu,

1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu

1993-ü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı.

Qəzada ölən şəxsin adı dəqiqləşdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər