Saatlıda zəif eşidən kişi ucadan danışmayan arvadını döydü
Saatlı rayonunda kişi arvadını yavaş danışdığı üçün döyüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, rayon sakini, 1993-cü il təvəllüdlü Sahil Ağayev (soyad şərtidir) 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladları dünyaya gəlib.
Bir müddət əvvəl Sahil qripə yoluxduğundan qulaqları tutulub və eşitmə qabiliyyəti zəifləyib. O, bununla bağlı həkimə müraciət etsə də, müalicələri nəticə verməyib. Bu hadisə Sahilin əsəb sisteminə təsir edib. Sahil xəstəxanadan evə gəlib həyat yoldaşından nəyisə soruşub, lakin həyat yoldaşının cavabını eşitməyib. O, həyat yoldaşına ucadan danışmağı xahiş etsə də, qadın ucadan danışmayıb. Buna əsəbiləşən Sahil həyat yoldaşına yumruq və şillə zərbələri endirib, onun saçından tutaraq sürüyüb. Bununla ürəyi soyumayan kişi həyat yoldaşının başını çarpayıya vurub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və S.Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad barışdığı üçün Saatlı Rayon Məhkəməsi işə xitam verib.
Oxşar xəbərlər
Ağcabədidə ölən doqquzaylıq körpənin atası: "Xəstəxana hava balonu tapmadı"
Ağcabədi rayonunda doqquz aylıq körpənin öldükdən sonra ayılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a kö...