Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi - VİDEO
15
dek
2020
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 15-i axşam saatlarında Saatlı rayonu, H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.
BAKU.WS "Azəriqaz"a istinadən xəbər verir ki, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başqa, 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.
Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.
Oxşar xəbərlər
Bakıda yağışın təsirindən aşan hasar qaz xəttini zədələyib - FOTO
Noyabrın 16-da Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb. BAKU.WS-in “Azəriqaz” İB-yə istinadən...