Rusiyaya uçmalı olan reyslər gecikir - AZAL məlumat yaydı
 
                            Rusiya Federasiyasının Moskva şəhəri üzərində hava məkanının bağlanması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə həyata keçirilən J2-807 (Vnukovo) və J2-181 (Domodedovo) nömrəli reyslərində gecikmələr müşahidə olunur.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidmətinin məlumat yayıb.
Bildirilib ki, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə AZAL vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri baş verə biləcək dəyişikliklər barədə mütəmadi olaraq məlumatlandıracaq.
Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Oxşar xəbərlər
Bakıda dəhşətli piyadavurma hadisələrinin ANBAAN GÖRÜNTÜLƏRİ
"Yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətindən asılıdır. Piyadalar üçün isə bu məsuliyyət daha da böyükdür, çünki onlar...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                    