Rusiyanı etiraz dalğası bürüdü: 650 nəfər həbs olunub
12
iyn
2017
21:02
Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb. Bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər. Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib. Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib. BAKU.WS
Oxşar xəbərlər
Elmar Məmmədyarov erməni nazirlə görüşündən danışıb
"Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin görüşündə prezidentlərin görüşü müzakirə olunmayıb". Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərba...