Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs Azərbaycana uçmaq istəyib - VİDEO

Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs Azərbaycana uçmaq istəyib - VİDEO
Video
Hadisə 1665
Ötən gün Rusiyada Surqut-Moskva reysi ilə uçan sərnişin təyyarəsini ələ keçirmək istəyən və Əfqanıstana uçmağı tələb edən Pavel Şapovalov barəsində cinayət işi qaldırılıb. BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, 41 yaşlı Şapovalova qarşı hava gəmisini qaçırmaq barədə rəsmi ittiham irəli sürülüb.Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, uçuş zamanı Şapovalov pilot kabinəsinə keçmək istəyib. O, üzərində silah olduğunu deyərək uçuş kursunun dəyişdirilməsini tələb edib. Komandir təyyarəni təcili Xantı-Manskiyskdə endirib.
Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs Azərbaycana uçmaq istəyib - VİDEO
Baxış zamanı Şapovalovun üzərində silah və ya partlayıcı aşkar edilməyib. Dindirmə zamanı o, psixiatrda uçotda olduğunu deyib. O, etdiyi hərəkəti izah edə bilməyib.
Rusiyada sərnişin təyyarəsini qaçıran şəxs Azərbaycana uçmaq istəyib - VİDEO
NTV kanalının reportajında bildirilir ki, stüardessalar junalistlərlə söhbətdə Şapovalovun pilot kabinəsinə keçməyə cəhd etmədiyini deyiblər. O, stüardessalardan birinə yaxınlaşaraq üstündə silah olduğunu deyib və təyyarənin istiqamətini əvvəlcə Azərbaycana, sonra isə Əfqanıstana dəyişməyi tələb edib. Sonra yerinə keçib və yatıb. Digər sərnişinlər ümumiyyətlə baş verənlərdən xəbərsiz olublar. .İstintaq Komitəsi Şapovalovun dindirilməsinin kadrlarını yayıb. Orada bu şəxs Əfqanıstana uçmaq istədiyini etiraf edir. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər