Novosibirsk-Bakı təyyarəsində qorxulu anlar – Uçuş təxirə salındı

Novosibirsk-Bakı təyyarəsində qorxulu anlar – Uçuş təxirə salındı
Sosial 6753
Rusiyanın Novosibirsk şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.BAKU.WS “RİA Novesti” agentliyinə istinadən xəbər verir ki, Bakıya uçan Krasnoyarsk şəhər sakini, 51 yaşlı sərnişin təyyarəni partladacağını bildirib.Hadisə isə təyyarə havaya qalxmamış baş verib. Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sərnişinlə stüardessa mübahisə edib. Mübahisəyə sərnişinin stüardessadan onu ekanom sinfli oturacaqdan biznes sinfi olan hissəyə keçirməyi tələb etməsi səbəb olub.Əsəblərini cilovlaya bilməyən şəxs təyyarəni partladacağını bildirib. O, qeyd edib ki, üzərində bomba var və onu partladacaq.Bundan sonra təyyarənin uçuşu təxirə salınıb və əraziyə polis çağırılıb. Axtarış zamanı təyyyarədə partlayıcı tapılmayıb. Həmin şəxs isə polis tərəfindən saxlanılıb. Müayinə zamanı onun sərxoş olduğu bildirilir.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər