Rusiyada dəhşətli qəza: azərbaycanlı ata-bala yerindəcə dünyasını dəyişdi (FOTO)
25
dek
2017
16:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Saxalin vilayəti Oqonki kəndində baş verən avtomobil qəzasında azərbaycanlılar ölüb. BAKU.WS-in məlumatına görə, "Toyota Kluger" markalı avtomobilin sürücüsü Cənub Saxalindən Nevelsk şəhərinə sürətlə gəlib. Sürücü yolun kənarında kranı görməyərək qəza törədib. Zərbədən avtomobilin kapotu maşının salonuna girib. Nəticədə sürücü ilə yanındakı sərnişin yerindəcə dünyasını dəyişib. Məlumata görə, qəzada ölənlər Azərbaycan vətəndaşları, Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olmuş Lətif Həsənov və oğlu Elnur Həsənovdur. Onlar dünən sözü gedən kəndə dəfn olunublar. TuncayBAKU.WS



Oxşar xəbərlər
Bakıda dəhşətli qəza: "Mercedes" iki yerə bölündü, sürücü öldü (VİDEO)
Bakının Binəqədi rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, "Mercedes" markalı avtomobil dirəyə çırpı...