Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb

Rusiyada azərbaycanlı Zaur Şipilov saxlanılıb
Video
Hadisə 300

Rusiyanın Orenburq şəhərində kriminal iyerarxiyada yüksək mövqe tutmaq iddiası ilə ittiham olunan azərbaycanlı, Zaur adlı şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları onun "qanuni oğru" statusuna malik olduğunu hesab edir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs "qanuni oğru" statusuna malikdir. Onun tam adı açıqlanmasa da, Lenin Rayon Məhkəməsinin məlumatlarına əsasən, söhbət 39 yaşlı Orenburq doğumlu, daha çox "Zaur Naxçıvanski" ləqəbi ilə tanınan Zaur Şipilovdan gedir.

KİV-in iddiasına görə, o, 27 yaşında Türkiyədə "taclandırılıb" və kriminal aləmdə tanınmış şəxslərdən biri olan Bayram Talıbovun oğludur. Bayram Talıbov 2006-cı ildə Moskvada "qanuni oğru" Hikmət Muxtarovla birlikdə güllələnərək öldürülüb.

İddia edilir ki, pasport məlumatlarına görə, onun tam adı Zaur Bayramoviç Şipilovdur.

4 iyul 2025-ci il tarixində Lenin Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçəcək. Rəsmi məlumata görə, ona Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi - "Cinayət iyerarxiyasında yüksək mövqe tutma" maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daxili İşlər Nazirliyinin regional idarəsi bildirir ki, şübhəli şəxs əvvəllər dəfələrlə ağır cinayətlərə görə məhkum olunub, regionda cinayətkar fəaliyyəti nəzarətdə saxlayıb, qeyri-qanuni yığıncaqlarda iştirak edib və kriminal ənənələri dəstəkləyib.

Son xəbərlər