Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb

Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb
Hadisə 5

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Azərbaycan vətəndaşı Ruslan Məmməd oğlu Məmmədovdan gedir.

O, avqustun 19-da Perm Vilayət Məhkəməsində oktyabrın 7-dək uzadılmış həbs qətimkan tədbirindən verdiyi şikayətin təmin edilməsinə nail ola bilməyib.

Xüsusi xidmət orqanının məlumatına görə, əslən azərbaycanlı olan və milli diasporun rəhbərlərindən biri kimi tanınan şəxs pul müqabilində hüquq-mühafizə orqanlarının hələlik şəxsiyyəti müəyyənləşdirilməmiş əməkdaşları vasitəsilə Perm sakini barəsindəki cinayət təqibinin qanunsuz olaraq dayandırılmasını təklif edib.

Hazırda İstintaq Komitəsi tərəfindən Rusiya Cinayət Məcəlləsinin "rüşvətxorluqda vasitəçilik" maddəsi üzrə cinayət işi qaldırılıb və istintaq aparılır.

FTX-dən həmçinin bildirilib ki, Məmmədovun Rusiya ərazisinə girişi 2076-cı il iyunun 4-dək qadağan edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər