Rusiyada 74 insanı öldürən İŞİD-çi məhv edildi
Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov "Qafqaz İmarəti" qruplaşmasının yerli qolunun başçısı olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.
Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.
Polis və dinc sakinlər arasında yaralanan olmayıb.
Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.
BAKU.WS
Oxşar xəbərlər
Yol polisinin qovduğu maşın qəza törətdi: ata və ana öldü, iki övladı yaralandı
Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. BAKU.WS modern.az-a istinadən bildirir ki, hadisə Bərdə-Tərtər yolunda, Zümürxan kəndinin...