Rusiyada 11 il axtarışda olan şəxs Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.
BAKU.WS xəbər verir ki, Tass bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıq axtarışda olub.
İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir. Hazırda onun Rusiya Federasiyasına ekstradisiyası gözlənilir.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...