Rusiya-Ukrayna münaqişəsində azərbaycanlı həlak oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynadakı müharibədə daha bir azərbaycanlı həlak olub.
BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, azərbaycanəsilli Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Asif Novruz oğlu Mehdiyev Ukraynadakı hərbi əməliyyatlar zamanı həyatını itirib.
Həştərxan şəhərində yaşayan 19 mart 1995-ci il təvəllüdlü Asif Mehdiyevin Rusiya ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir. O, Donetsk vilayəti istiqamətində baş verən şiddətli döyüşlərin birində həlak olub.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan bəri hər iki tərəfdən döyüşlərdə iştirak edən və həyatını itirən azərbaycanlıların sayı yüzlərlə ölçülür. Müharibə qurbanları arasında həm Ukrayna ordusunda vuruşan yerli azərbaycanlılar, həm də Rusiyada yaşayan və bu ölkənin ordusuna cəlb olunan soydaşlarımız yer alırlar.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....