Rövşən Canıyevin qətl anı ilə bağlı təfərrüat - son ana qədər atışıb
Türkiyənin "Sözçü” qəzeti İstanbul polisindəki mənbələrə istinadən gecəki hadisənin bəzi yeni təfərrüatlarını əldə edib.
Məlum olub ki, killerlərin gülləbaran etdiyi "Range Rover”də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb.
"Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə, Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb. İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu olan "Uzi” tapança-pulemyot, "Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb ("Azadlıq" radiosu).
BAKU.WS
Oxşar xəbərlər
Rövşən Lənkəranski kimdir?
Azərbaycanlı avtoritet Rövşən Canıyev (Lənkəranski) növbəti dəfə mətbuatın gündəmini zəbt edib. "Report”un xəbərinə görə, bu dəfə o, ölüm xəbəri ilə gündəmə gə...