Əri tərəfindən amansızcasına öldürülən qadının ailəsi danışdı - VİDEO
Mingəçevirdə Xətai küçəsində, 18 saylı yaşayış binasında dəhşətli qətl qeydə alınıb.
ARB TV xəbər verir ki, şəhər sakini 35 yaşlı Kənan Əzizov, ailə münaqişəsi zəmnində 2 uşaq anası olan həyat yoldaşı 35 yaşlı Günel Əzizovanı amansızcasına öldürüb.
Mərhumun bacısı Gülşən Məmmədova bildirir ki, əri Günelə 25 bıçaq xəsarəti yetirib, başına balta zərbələri endirib.
Qətlə yetirilən qadının anası Xumara Məmmədova isə iddia edir ki, hadisəyə səbəb Kənan Əzizovun anası Nailə Əzizovanın sələmçiliklə məşğul olmasıdır. Xumara Məmmədovanın sözlərinə görə, Nailə Əzizova dəfələrlə ayrı-ayrı şəxslərə sələm verərək, gəlinindən həmin sələmin faizini almağı tələb edib. Bununla da ailədə münaqişə yaranıb və həmin vaxt Kənan Əzizov evə daxil olaraq həyat yoldaşını qətlə yetirib.
Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.
Xumara Məmmədova – mərhumun anası: "Sələm verirdi o arvad, bu səbəbdən də qızım deyirdi ki, o evdə yediyim çörək mənə haramdır, yeyə bilmirəm. Bax, mənim balam orda qusdu yediklərini”.
Gülşən Məmmədova – mərhumun bacısı: "Saat 3 olardı, bacıma zəng etdim. Mən zəng edəndə Kənan götürdü. Dedim Günel hanı? Dedi yuxa bişirir. Sakir, sıx-sıx danışırdı”.
Faktla bağlı Mingəçevir şəhər prokrorluöu tərəfindən araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda ər, baldız və qaynana gəlini vəhşicəsinə qətlə yetirdi (FOTO)
Ötən gün Mingəçevir şəhərində baş vermiş dəhşətli qətl hadisəsinin şok təfərrüatı üzə çıxıb. BAKU.WS xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Min...