Reytinqli serialın aktrisası atasının silahı ilə özünü öldürdü - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin reytinqli layihələrindən olan "Savaşçı"nın aktrisası Merve Kayaalp intihar edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Muğlanın Dalaman bölgəsində yaşayan aktrisa atası Rıza Kayaalpa aid silahla başına atəş açıb.
Həmin vaxt evdə heç kim olmayıb. İkinci mərtəbədən atəş səsini eşidən bina sakinləri dərhal polisə məlumat veriblər.
Hadisə yerinə baxış keçirilən zaman aktrisanın yaşadığı evdə cansız bədəni aşkarlanıb. Onun meyiti Muğla Məhkəmə Tibbi Ekspertizasına göndərilib.
Qeyd edək ki, 36 yaşlı Merve Kayaalp "Savaşçı" ilə yanaşı "Sakarya Fırat", "Küçük Kıyamet", "Düşler ve Umutlar", "Elif", "Şeref Meselesi" kimi ekran işlərində də maraqlı və yaddaqalan obrazlar yaradıb.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...