Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi (FOTO)

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi (FOTO)
Hadisə 1251

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Məlumata görə, yanğın mərkəzin birinci mərtəbəsində yerləşən inzibati bölmədə - sığorta şöbəsinin tavanında baş verib. Yanğının tavanda kabellərdə qısaqapanma yaranması nəticəsində baş verməsi ehtimal edilir.

Yanğının mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qarşısı alınsa da, hazırda binada tüstülənmə olduğu bildirilir.

Respublika Müalicə Diaqnostika Mərkəzinin mətbuat xidmətinin rəhbəri Səidə Hənifəliyevanın verdiyi məlumata görə, artıq problem aradan qaldırılıb. Hadisə stasionar şöbədə baş vermədiyindən xəstələr və əməkdaşlar arasında xəsarət alan olmayıb.

BAKU.WS

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi (FOTO)

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi (FOTO)

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi (FOTO)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bazar yandı: 1000 kv.m ərazi alov aldı (VİDEO, FOTO)

Azərbaycanda bazar yandı: 1000 kv.m ərazi alov aldı (VİDEO, FOTO)

Şəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı...

2248 Hadisə 10:27 12 oktyabr 2016

Son xəbərlər