Rəşad Dağlının öldürdüyü şəxs Ələkbər Yasamallının qohumu imiş
Yeniliklərdən dərhal xəbərdar olun
Rəşad Dağlının qətlə yetirdiyi şəxs meyxanaçı Ələkbər Yasamallının bibisi oğludur.
BAKU.WS "Oxu.Az"-a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev gecə saatlarında 1984-cü il təvəllüdlü Rəşad Əmirova (Rəşad Dağlı) zəng edib və mübahisə edib.
Mübahisə zamanı o, R.Dağlıya ağır söyüşlər söyüb və təhqir edib.
R.Dağlı söyüş və təhqirlərə dözməyərək, İ.Mehdiyevdən ünvan soruşaraq ora gedib. Telefonda yaranan mübahisə üzbəüz davam edib və nəticədə R.Dağlı İ.Mehdiyevə bıçaq zərbəsi vuraraq öldürüb.
R.Dağlı hadisəni törətdikdən sonra dərhal ərazi üzrə polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
“TikTok”dakı söyüşə görə qazini öldürən şəxs: “Onun övladlarını özümünkü kimi qəbul etməyə hazıram” - FOTO
“TikTok”da yazdığı ifadələrə görə Vətən Müharibəsi iştirakçısını öldürən Əli Musayevin məhkəmədə verdiyi ifadə məlum olub. BAKU.WS "kriminalqafqaz"a istinadən x...