Rəşad Dağlı prokurorluğa gətirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hazırda Qaradağ Rayon Prokurorluğunda meyxanaçının təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.
Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Qalereya
Oxşar xəbərlər
Məşhur meyxanaçılar Rəşad Dağlıdan danışdılar - YENİLƏNİB - VİDEO
Məşhur meyxanaçı Rəşad Dağlı noyabrın 9-u səhər saat 5 radələrində 1979-cü il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranmış mün...