Rəhimin tabutuna sarılan Niyam Salami hönkür-hönkür ağladı - VİDEO

Müğənni Rəhim Rəhimli bu gün gecə saatlarında vəfat edib.
BAKU.WS xəbər verir ki, hazırda mərhumun evində onunla vida mərasimi keçirilir. Mərasimdə Rəhimin yaxınları, ailə üzvləri, dostları və şou-biznesin tanınmış simaları iştirak edirlər. Onlardan biri də müğənni Niyam Salamidir. Mərasim zamanı sənətçi göz yaşlarına hakim ola bilmədi. O, Rəhimin evinə daxil olaraq tabutuna sarılıb hönkü-hökür ağlamağa başlayıb. Sənətçinin bu vəziyyəti sözün əsl mənasında ürəkləri ağrıdıb.
Xatırladaq ki, sənətçi ürək tutmasından vəfat edib. O, uzun müddət idi sirrozdan əziyyət çəkirdi. 43 yaşlı Rəhim Rəhimli bu gün saat 12-də Bülbülə qəsəbəsində torpağa tapşırılacaq.
Oxşar xəbərlər
Rəhim Rəhimlinin anası: "Mənə dağ çəkdin, bala" - FOTO
"Mənə dağ çəkdin bala, həmişə deyirdin ana nə lazımdır, sənə nə alım? Deyirdim Rəhim heçnə lazım deyil. Məni yaman günə qoydun. Kaş mən də ölərdim. Məni yanına...
