Rəhim Qazıyevin xəsarət alması ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs var

Rəhim Qazıyevin xəsarət alması ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs var
Hadisə 737

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.

“Hazırda araşdırmalar davam etdirilir”, - deyə o vurğulayıb.

Son xəbərlər