Reanimasiyada olan Arif Babayevin SON VƏZİYYƏTİ AÇIQLANDI

Reanimasiyada olan Arif Babayevin SON VƏZİYYƏTİ AÇIQLANDI
Hadisə 582

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə BAKU.WS-ə Mərkəzi Klinikanın İnformasiya Mərkəzindən bidlirilib.

Qeyd edilib ki, xəstənin vəziyyəti ağır stabil olaraq qalır.

Xanəndənin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

*** 11:53

Ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya gətirilən Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

"Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda reanmasiya şöbəsində müalicəsi davam edir".

Xatırladaq ki, ötən gün gecə saatlarında Xalq artisti təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıda yerləşən Mərkəzi Klinik Xəstəxanasına gətirilib. Bu barədə Arif Babayevin oğlu Yaşar Babayev bildirib. Onun sözlərinə görə, atası klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Y. Babayev atasının vəziyyətinin ağır olduğunu və hansısa dəyişiklik olmadığını bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb

12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...

98 Hadisə 21:40 19 iyul 2026

Son xəbərlər