"Razboynik” ləqəbli kriminal avtoritetdən polisə: "Hər şey üstündə tutulmuşam" (VİDEO)

Razboynik” ləqəbli kriminal avtoritetdən polisə: Hər şey üstündə tutulmuşam (VİDEO)
Video
Hadisə 1526

 

"Razboynik” ləqəbli kriminal avtoritet narkotik tərkibli çətənə kollarını əkib-becərdiyinə görə saxlanılıb.

Hacıqabul sakini, M.F.Axundov küçəsi, 35 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Səmədov İlham Ramazan oğlu adı çəkilən ünvanda 9 ədəd narkotik vasitə olan çətənə kollarını qanunsuz əkib-becərdiyinə və aqrotexniki qaydada  qulluq göstərdiyinə görə tutulub.

Kirminal aləmdə "Razboynik” ləqəbi ilə tanınan İlham Səmədov əvvəllər dəfələrlə oğurluq, quldurluq, adam güllələmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və bir sıra ağır cinayətlərdə ittiham olunaraq üst-üstə 33 ilə qədər həbsdə olub.

İlham Səmədov, saxlanılan şəxs: 10 dəfə məhkum olunmuşam. 33 il həbsdə yatmışam. Hər şey üstündə tutulmuşam. Oğurluq, "razboy”, adam güllələmə, narkotik...”

Faktla bağlı Hacıqabul polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər