İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabılarından narkotik çıxdı - FOTO
16
okt
2019
10:55
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib.Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb.Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ölkəyə qeyri-qanuni gətirilən narkotik ələ keçirilidi - FOTO
Dövlət Gömrük Komitəsi əməkdaşları ölkəyə qeyri-qanuni olaraq gətirilmək istənən əşyalar aşkarlayıblar.DGK-dan BAKU.WS-ə verilən məlumata görə, Cənub Ərazi Baş...