Düz bağırsağında narkotik gətirən şəxs Gömrükdə "ilişdi" - FOTO
05
apr
2019
12:56
Cənub Ərazi Baş Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunda İran İslam Respublikasından piyada yol ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qanunla qadağan olunan hər hansı predmetin, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildirib.Lakin onun hərəkətləri gömrükçülərdə şübhə yaratdığından üzərində şəxsi yoxlama aparılıb. Daxili orqanında narkotik vasitə gizlətdiyi ehtimal edilən vətəndaş Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb və rentgen müayinəsindən keçirilib. Müayinə zamanı onun düz bağırsağında gömrük nəzarətindən gizlədilən 3 ədəd bükümdə, ümumilikdə 206 qram narkotik vasitə - heroin aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WSOxşar xəbərlər
İrandan ölkəyə düz bağırsağından narkotik və psixotrop maddə keçirmək istədi
Piyada yolla İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.Dövlət Gömrük Komitəs...