İranda zəlzələ olub, Naxçıvanın rayonlarında hiss edilib
11
may
2023
21:53
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranda 4 maqnitudada zəlzələ olub, Naxçıvanda hiss edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.
Oxşar xəbərlər
Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB/VİDEO
Azərbaycanın daha bir rayonunda zəlzələ olub. Bu barədə BAKU.WS-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlə...