İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 6-ya çatdı - YENİLƏNİB+VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, indiyədək 29 nəfərin yaralandığı təsdiqlənib. Yaralılar xəstəxanaya çatdırılıb.
Qeyd olunur ki, dağıntılar altında 80 nəfərin qaldığı təxmin edilir.
Axtarışlar davam etdirilir.
***
18.18
İranın Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi bir neçə saat öncə Xuzistan əyalətinin Abadan şəhərində 10 mərtəbəli “Metropol” biznes mərkəzi binasının çökməsi nəticəsində ən azı 4 nəfərin öldüyünü, 25 nəfərin isə yaralandığını bildirib.
O vurğulayıb ki, hadisə nəticəsində yaralananların sayının artacağı ehtimal olunur.
Hazırda binanın çökməsinin səbəblərinin araşdırıldığı qeyd edilib.
Oxşar xəbərlər
Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - VİDEO + YENİLƏNİB - 4
Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların şəxs...