Rail Abbasovla bağlı qərar verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Ali Məhkəmədə dələduzluqda ittiham olunan ictimai fəal Rail Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Rail Abbasov 2024-cü il sentyabrın 20-də saxlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rail Abbasov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...