Qusarda avtomobil 58 yaşlı piyadanı vuraraq öldürüb
14
dek
2022
23:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qusar-Xudat yolu ərazisində qeydə alınıb.
Belə ki, 1964-cü il təvəllüdlü Vəlibəyov Nizami Şövkət oğlunu "VAZ-2107" markalı avtomobil vurub.
Məlumata görə, N.Vəlibəyov aldığı xəsarətlərdən ölüb.
Onun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Hadisəni törədərək ərazidən uzaqlaşan sürücünün kimliyi araşdırılır.
Oxşar xəbərlər
Bakıda piyadanı 3 avtomobil vuraraq öldürüb - FOTO
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Mikayıl Əliyev küçəsində baş verib. Avtomobil təmiri sexində...