Qusarda ağır QƏZA - Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda dumanlı hava şəraiti ölümlə nəticələnən qəzaya səbəb olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Belə ki, hava şəraitinin dumanlı olması səbəbdən "Nissan Patrul" markalı minik avtomobili ötmə əməliyyatı edərkən idarəetməni itirərək hərəkətdə olan "Mercedes Viano" markalı sərnişin mikroavtobusuna dəyib, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
"Nissan Patrul" markalı avtomaşının sürücüsü, 1982-ci il təvəllüdlü Əziz Əliyev və onun qızı Adel Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Qəza zamanı Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Ə.Z. hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....