Qusarda 20 yaşlı oğlan boğuldu

Qusarda 20 yaşlı oğlan boğuldu
Hadisə 83

Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlu batıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə A.Səlimovun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər