Qusar sakinində narkotik aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayon sakinindən narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən Fateh Qədimov adlı şəxs saxlanılıb.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan kibrit qutularında və sellofan torbalarda ümumi çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı F.Qədimov narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Polis 13 kq narkotik vasitəni dövriyyədən çıxarıb - FOTO
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı 13 kiloqrama yaxın narkotik vasitə və 4180 ədəd narkotik xassəli həb qanun...